Dünya

Belçika Ukraynanın qeyri-hərbi ehtiyacları üçün maliyyə vəsaiti ayırıb

26 Avqust 2022 21:45
Baxış: 781
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Belçika Ukrayna Silahlı Qüvvələrinin (SQ) qeyri-hərbi ehtiyacları üçün 8 milyon avro maliyyə yardımı ayırıb.

Milli.Az "report"a istinadən bildirir ki, bu barədə Belçikanın Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Bu vəsait NATO vasitəsilə Ukrayna ordusuna veriləcək.

Qeyd olunur ki, bu məqsədlə Belçika şirkətləri dövlət tenderlərində iştirak edə biləcək.

Vəsait Ukrayna Silahlı Qüvvələri üçün ilk tibbi yardım avadanlıqlarının, qış paltarlarının alınması kimi qeyri-hərbi ehtiyacların təmin edilməsi məqsədilə istifadə olunacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.