Dünya

Yunanıstan Türkiyənin iki F-16-nın radar sistemini blokladı

25 Avqust 2022 15:30
Baxış: 1 454
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Egey dənizi üzərində NATO əməliyyatları çərçivəsində missiyasını yerinə yetirən 2 Türk F-16-ları Yunanıstana aid F-16-lar tərəfindən kiberhücuma məruz qalıblar.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə yerli mətbuata Türkiyə Milli Müdafiə Nazirliyindəki mənbələrdən bildirilib.

Məlumata əsasən, yunan təyyarələri Türk Havva Qüvvələrinə aid iki F-16-nın radar sisteminə müdaxilə edərək bloklayıblar.

Qeyd edək ki, bu, həftə ərzində ikinci belə təxribatdır. Türkiyə Milli Müdafiə Nazirliyi artıq NATO rəsmilərinə hadisə ilə bağlı müraciət edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.