Dünya

"Ukraynalılar il sonunadək xoş xəbərlər eşidəcəklər"

25 Avqust 2022 14:26
Baxış: 747
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Ukraynalılar ilin sonuna kimi cəbhədəki durumla bağlı yaxşı xəbərlər alacaqlar".

Milli.Az report-a istinadən xəbər verir ki, bunu Ukraynanın müdafiə naziri Oleksiy Reznikov deyib.

"Əlbəttə, bəzi məqamlar var. Lakin mən nikbinəm. Bu il bütün ukraynalıların xoş xəbərlər eşidəcəyinə dair ümidlərim var", - o söyləyib.

Nazir bildirib ki, qələbə üçün digər ölkələrin də dəstəyi lazımdır: "Bizim özümüzü müdafiə etmək üçün iradəmiz, istəyimiz, hazırlığımız və qabiliyyətimiz var. Bizə başqa növ resurslar - silah, döyüş sursatı, pul lazımdır. Tərəfdaşlarımız bizimlə uzunmüddətli perspektivdə də işləməyə hazırdırlar".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.