Dünya

Sevgilisinin səhvinə görə canından oldu

24 Avqust 2022 18:10
Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın Alp dağlarında gəzinti zamanı turist sevgilisinin gözü qarşısında yerə çırpılaraq ölüb.

Milli.Az bildirir ki, bu barədə Corriere del Veneto yazıb.

30 yaşlı Andrea Mazzetto sevgilisi ilə Viçensa əyalətindəki Asiyaqo yaylasında dağlara gəzintiyə çıxıb. Gənclər yüksəliş zamanı birgə selfi çəkdiriblər, bundan sonra qızın telefonu onun əlindən düşüb. Mazzetto smartfonu götürmək istəyib, lakin müvazinətini itirərək uçurumun kənarından yıxılıb.

Kişi təxminən 650 fut (198 metr) yüksəkliyindən yıxılıb. Xilasedicilər Mazzettoya yalnız helikopterlə yaxınlaşa biliblər. Onlar italiyalının öldüyünü görüblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.