Dünya

Söyüş üstündə qətl - Ölən və yaralanan var

23 Avqust 2022 02:44
Baxış: 1 144
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Uralda bir nəfər ov tüfəngindən atəş açıb: o, bir nəfəri öldürüb, sonradan isə özü də xəstəxanada dünyasını dəyişib.

Milli.Az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə mətbuat xidməti xəbər verib.

Məlumata görə, Zareçnı şəhərində atışma barədə məlumat avqustun 21-nə keçən gecə daxil olub. İlkin məlum olub ki, rusiyalı həyat yoldaşını təhqir edən digər yerli sakinlərlə mübahisə edib. Sonra kişi təhqirlərin qisasını almaq üçün silah götürüb, bir nəfəri öldürüb, digərini isə yaralayıb.

Atışma zamanı atıcının özünün güllə yarası aldığı güman edilir: o daha sonra xəstəxanada dünyasını dəyişib. Hazırda onun rəsmi qeydiyyatda olan ov tüfəngindən atəş açdığı məlum olub. Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin "Qətl" maddəsi ilə cinayət işi başlanıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.