Dünya

Pakistanda İmran Xana daha bir qadağa

21 Avqust 2022 23:49
0 Şərh     Baxış: 1 653
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın tele-radio yayımı şurası telekanallara keçmiş baş nazir İmran Xanın çıxışlarını canlı yayımlamağı qadağan edib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, qərar onun çıxışlarının konstitusiyaya və medianın davranış kodeksinə zidd olması ilə izah edilib.

Bu barədə tənzimləyicinin mətbuat xidməti məlumat yayıb.

Rəsmi təşkilat hesab edir ki, telekanallar dövlət qurumlarına qarşı materialların yayımının qarşısı almalıdırlar.

Qeyd edək ki, bir gün əvvəl cənab Xan köməkçisi Şahbaz Gillin həbsinə cavab olaraq canlı efirdə yüksək səviyyəli polis məmurlarına, hakimə, Pakistan Seçki Komissiyasına və onun siyasi rəqiblərinə qarşı cinayət işi açılacağını bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.