Dünya

Ermənistan tankçılarının “drift” eşqi: Yekəxanalıq edərkən rüsvay oldular - VİDEO

20 Avqust 2022 12:52
0 Şərh     Baxış: 1 663
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistan ordusunun qalıqlarının "əzələ nümayişi" onlara baha başa gəlib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Rusiyada keçirilən "Beynəlxalq Ordu Oyunları-2022" yarışlarında iştirak edən Ermənistan tankçıları nədənsə yekəxanalıq etmək eşqinə düşüblər.

Bunun üçün isə erməni tankçıların ağlına gələn ilk şey idarə etdikləri texnika ilə "drift" etmək olub. Yəqin ki, erməni tankçılar bununla öz "bacarıq" və "qabiliyyət"lərini nümayiş etdirəcəklərinə inanıblar. Lakin yekunda tank aşmaqdan son anda qurtulub.

Bu işdə erməni hərbçilərin "peşəkarlığı" böyük rol oynayıb. Sözsüz ki, ortaya çıxan mənzərə kapitulyant ordunun texnikasının sınıq-salxaq vəziyyətini də ortaya qoyub.

Yekəxanalıq eşqinə düşən erməni hərbçilər tankın "drift" etdiyi yerdə dayanıb hərəkətsiz qalması ilə biabır olublar. Bundan sonra isə "şoumen tankçılar" kömək çağırmalı olublar.

Tankla "drift" şou nümayiş etdirə biləcəklərinə inanacaq qədər "sadəlövh" olan erməni hərbçilər yekunda öz tanklarını meydandan digər bir texnikanın köməyi ilə dartıb çıxarmalı olublar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.