Dünya

Ermənistanda əsgərlərin pullarını mənimsəyən dələduz tutuldu

20 Avqust 2022 08:58
0 Şərh     Baxış: 827
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ermənistanda əsgərlər üçün nəzərdə tutulan pulları vətəndaşlardan dələduzluq yolu ilə alan şəxs həbs edilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə ölkənin İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, o, 2020-ci il avqustun 1-dən 2021-ci il sentyabrın 4-dək bir sıra vətəndaşlarla əlaqə saxlayıb. Həmin şəxs özünü jurnalist, müxtəlif şöbələrin əməkdaşı kimi təqdim edib.

O, telefon danışıqları zamanı özü ilə bağlı həqiqi məlumatları gizlədib. Nəticədə bütün dövr ərzində hərbi hissələrdə xidmət edən əsgərlər üçün nəzərdə tutulmuş təxminən 11 milyon dram (12 min ABŞ dolları) əldə edib.

Ona qarşı Ermənistan Cinayət Məcəlləsinin dələduzluq, çirkli pulların yuyulması ittihamları irəli sürülüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.