Dünya

“Krımda naməlum partlayışlar baş verib, Ukrayna ora yeni zərbələr endirəcək" - ABŞ İnstitutu

19 Avqust 2022 10:22
0 Şərh     Baxış: 1 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Krımda naməlum partlayışlar baş verib. Bu barədə Rusiya mənbələri məlumat yayıb".

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu haqda ABŞ-ın Müharibə Tədqiqatları İnstitutu bildirib.

"İyulun 6-dan bəri ilk dəfə olaraq heç bir tərəf yeni ərazilərdə nəzarəti ələ keçirməyib. Rusiya qüvvələri uğursuz və lokal əməliyyatlar həyata keçiriblər. Rusiya mənbələri Kerç körpüsü yaxınlığında Ukraynanın PUA-sının vurulduğunu iddia edirlər. Ukrayna Prezident Ofisinin nümayəndəsi Mixaylo Podolyak daha əvvəl bildirmişdi ki, həmin körpü qanunsuz tikilib və məhv edilməlidir. Biz PUA-nın, həqiqətən vurulub-vurulmadığını hələ ki, dəqiqləşdirə bilmirik".

Müharibə Tədqiqatları İnstitutu Ukraynanın Rusiyanın Krımdakı hərbi obyektlərinə zərbələr endirəcəyini proqnozlaşdırır:

"Çox güman, bu zərbələr davam edəcək. Bu, Rusiyanın logistika imkanlarını və Dnepr çayının qərb sahilində əməliyyatları davam etdirmək imkanını zəiflətmək üçün lazımdır".

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.