Dünya

Mübahisədən sonra valideynlərini və qardaşını diri-diri yandırıb

18 Avqust 2022 20:22
0 Şərh     Baxış: 770
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Çelyabinsk vilayətində hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəllər məhkum olunmuş 39 yaşlı yerli sakini iki adamı öldürməyə cəhdə görə saxlayıblar.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin rəsmi nümayəndəsi Vladimir Şişkov məlumat verib.

Məlumata görə, avqustun 13-də axşam saatlarında Korkino şəhərindəki fərdi yaşayış evlərindən birində sərxoş müttəhim valideynləri və qardaşı ilə mübahisə edərək evi tərk edib. Səhəri gün isə o qayıdıb, qapını bayırdan bağlayıb, evin divarlarına benzin töküb yandırıb. Daha sonra kişi, cinayət yerindən qaçıb.

Qohumları evdə idi, onlar çıxıb qaça biliblər.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.