Dünya

Ayda məskunlaşma: İlk istixana 2023-cü ildə yaradılacaq

18 Avqust 2022 16:22
0 Şərh     Baxış: 699
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Alimlər Ayın məskunlaşdırılması imkanlarının öyrənilməsi prosesini daha da sürətləndirirlər. Artıq 2023-cü ildə kosmosda ilk istixana peyda olacaq ki, bu da astronavtlara Yerdən kənarda məhsul istehsalı prosesini tədqiq etməyə kömək edəcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hazırda "Redwire Corporation" (RDW.N) ilk kosmik istixananı qurur. Şirkət nümayəndələri belə bir istixananın Yerdən kənarda əkinçilik sahəsində tədqiqatları gücləndirəcəyini və tədqiqat missiyalarını dəstəkləyəcəyini bildiriblər.

Şirkətin layihəsi NASA-nın "Artemida" missiyası və digər layihələr üçün vacib məlumatlar verəcək.

Qeyd edək ki, "Artemis" proqramı Aya astronavt göndərmək və Marsa insanın enişini təşkli etmək üçün uzunmüddətli Ay koloniyası yaratmaq məqsədi daşıyır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.