Dünya

“Ağıllı” həbsxana açılacaq

18 Avqust 2022 15:52
0 Şərh     Baxış: 937
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Böyük Britaniya hökuməti 2025-ci ildə Full Suttonda "ağıllı" həbsxananın açılacağını elan edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, müəssisə günəş enerjisi ilə işləyəcək. Bütün məhbuslara noutbuk və planşetlər paylanacaq.

Bu həbsxana ölkə tarixində ən bahalı həbsxana olacaq. Belə ki, onun tikintisinə 400 milyon funt-sterlinq ayrılıb.

Obyekt cinayətkarlığı azaltmaq üçün ən son smart texnologiya ilə dizayn ediləcək.

Məhkumlara verilən qadcetlər onlara internetdən istifadə etməyə imkan verməyəcək və müxtəlif mühafizə vasitələri ilə təchiz ediləcək. Notbuk və planşetlərdən təhsil kursları keçmək və yeni peşələrə yiyələnmək üçün istifadə oluunacaq.

Bundan əlavə, qadcetlər məhbuslara həbsxana həkiminin qəbuluna yazılmaq, kitabxanada kitablar üçün müraciət etmək, ailələrinə neçə dəfə zəng edə biləcəklərini görmək imkanı verəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.