Dünya

Ukraynada hərbi vəziyyət uzadıldı

15 Avqust 2022 22:44
0 Şərh     Baxış: 813
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ali Rada Ukraynada hərbi vəziyyətin və ümumi səfərbərliyin müddətini yenidən 90 gün ərzində uzadıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, parlament bu gün hərbi vəziyyətin uzadılması haqqında 7664 saylı qanun layihəsini, eləcə də ümumi səfərbərlik müddətinin uzadılması haqqında 7665 saylı qanun layihəsini qəbul edib.

Hər iki sənədi 328 xalq deputatı dəstəkləyib.

Beləliklə, hərbi vəziyyət və səfərbərliyin müddəti avqustun 23-dən sonra daha 90 gün, yəni 2022-ci il noyabrın 21-dək uzadılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.