Dünya

Absurd qətl: qonşusunu görün nəyin üstündə öldürdü

15 Avqust 2022 15:22
0 Şərh     Baxış: 1 224
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Saxalində əvvəllər məhkum olunmuş yerli sakin qonşusunun mənzilində yüksək səsli musiqiyə görə onu öldürüb.

Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsi məlumat yayıb.

Hadisə bazar günü, avqustun 14-də Uqleqorsk şəhərində baş verib. İlkin məlumata görə, şübhəli şəxs evdə olub, qonşunun mənzilindən gələn yüksək səsli musiqi onu əsəbiləşdirib. Kişi onun yanına gedib və məsələni "həll etməyə" başlayıb. Münaqişə küçədə davam edib, şübhəli şəxs bıçaq çıxararaq qonşusunu vurub. Zərərçəkmiş aldığı xəsarətdən hadisə yerində ölüb.

Şübhəli şəxs həbs edilib, barəsində cinayət işi açılıb. Həbs-qətimkan tədbirinin seçilməsi ilə bağlı qərar qəbul edilməsi üçün sənədlər məhkəməyə təqdim edilib.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.