Dünya

ABŞ Avropanı Ukraynaya görə qurban verir

15 Avqust 2022 08:09
0 Şərh     Baxış: 732
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ-ın hərəkətləri ucbatından Avropa Ukrayna böhranının nəticələrindən əziyyət çəkir.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu jurnalist Syu Liu "Qlobal Tayms" üçün məqaləsində yazıb.

"Avropa ölkələri Ukraynadakı münaqişənin qurbanına çevriliblər - onlar enerji böhranı və kəskin qiymət artımı ilə üzləşməli olurlar. Bundan başqa, Avropanın əsas ölkələrinin iqtisadiyyatları tənəzzül mərhələsinə qədəm qoyur və bu, siyasi və sosial qeyri-sabitliyə səbəb ola bilər", - o bildirib.

Məqalədə vurğulanır ki, buna görə də Avropanın Rusiya və Çindən Qərbə təhdid adlandırılan məsələ ilə bağlı ABŞ-ın mövqeyinə inamı azalıb.

Müəllif əmindir ki, Avropa ölkələri yalnız Vaşinqtonla müttəfiqlik sistemini saxlamaq üçün öz maraqlarını qurban verməyəcəklər.

Liu vurğulayıb ki, Avropa üçün Rusiya diqqətdən kənarda qalmayan qonşu, Çin isə ən vacib bazardır:

"Bu vəziyyətdə Amerikanın Çin və Rusiya təhdidləri ilə bağlı təbliğatı çətin ki, uğurlu olsun. Vaşinqton Moskva və Pekinə nə qədər düşmən kimi baxırsa, müttəfiqləri öz ətrafında birləşdirmək bir o qədər çətinləşir".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.