Dünya

Çavuşoğlu Kadırovu Türkiyəyə dəvət etdi

11 Avqust 2022 21:12
0 Şərh     Baxış: 643
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çeçenistan hökumətinin başçısı Ramzan Kadırov Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla görüşdüyünü deyib.

Ramzan Kadırov Ərdoğanla Putin Soçidə görüşərkən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla görüşdüyünü iddia edib .

Kadırovun açıqlamalarından 24 saat keçməsinə baxmayaraq , türklər tərəfindən təkzib xəbəri yoxdur .

Ramzan Kadırov Telegram hesabında da açıqlama verib:

"Mən Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu və MİT rəhbəri Hakan Fidanla şəxsən görüşdüm. Məhsuldar qeyri-rəsmi görüş oldu. Çavuşoğlu bu görüşün əlaqələrin inkişafı üçün başlanğıc olmasını arzuladı. Görüşün sonunda qonaqlar müxtəlif məsələlərdə əməkdaşlıq etmək üçün məni Türkiyəyə dəvət etdilər. Təbii ki, mən bunu qəbul etdim"-bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.