Dünya

Bu bölgədə uşaqlar əleyhqazlarda gəzməyə başlayıblar

12 Avqust 2022 06:02
0 Şərh     Baxış: 1 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Voronej vilayətinin Maslovka mikrorayonunun əhalisi Tavrovka çayında baş verən ekoloji fəlakət səbəbindən kəskin üfunət iyindən şikayətlənib.

Milli.Az bildirir ki, Rusiya regionundakı vəziyyətlə bağlı yerli sakinlərdən biri Lenta.ru-ya danışıb.

Onun sözlərinə görə, intensiv istilər, eləcə də yağıntının olmaması və güclü külək səbəbindən gündən-günə güclənən çürük və peyin iyi hiss olunub. Çayda balıqlar ölüb, quşlar yoxa çıxıb. Şəbəkədə yerləşdirilən fotoşəkillərdə suyun səthinin çoxrəngli plyonka ilə örtüldüyü görünüb.

Nəticədə çöldə nəfəs almaq demək olar ki, mümkün deyil, insanlar tez-tez başgicəllənmə, baş ağrıları, halsızlıq və taxikardiya hiss etməyə başlayıblar, uşaqlar isə əleyhqazlarda gəzməyə məcbur olublar. Qoxu yaşayış binalarına da daxil olub, onları havalandırmaq mümkün deyil.

"Gözləmək sağlamlıq üçün çox təhlükəli olduğundan, bu problemin tezliklə həlli üçün kömək istəyirik. Bundan əlavə, çayın o tayındakı qonşu yaşayış məntəqələri qoxudan şikayət etməyə başlayırlar", - deyə Lenta.ru-nun həmsöhbəti yekunlaşdırıb.

Mütəxəssislər qeyd ediblər ki, son illər Tavrovka çayının axdığı Voronej su anbarının hövzəsində suyun vəziyyətinə mavi-yaşıl yosunlar təsir edib. Üstəlik, onların bol çiçəklənməsinin səbəblərindən biri təmizlənməmiş kanalizasiya sularının axıdılmasıdır.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.