Dünya

Cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərdi

11 Avqust 2022 16:22
0 Şərh     Baxış: 804
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərədə cinayətkar polisdən gizlənmək üçün özünü oyuncaq ayı kimi göstərsə də, həbs edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Coşua Dobson avtomobil oğurlayıb və axtarışa verilib.

Polis gözlənilməz ziyarətlə onun evinə gəldikdə isə cinayətkar insan ölçüsündəki ayı oyuncağının içərisində gizlənib.

Bununla belə, Coşua diqqətdən yayına bilməyib. Zabitlər oyuncaq ayının nəfəs almağa başladığını görüblər. Nəticədə o, həbs edilib.

Məhkəmə Dobsonu avtomobil oğurladığı və benzinin pulunu ödəmədən yanacaqdoldurma məntəqəsindən qaçdığına görə doqquz ay müddətinə azadlıqdan məhrum edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.