Dünya

İŞİD-in Suriyadakı rəhbəri məhv edildi

11 Avqust 2022 09:07
0 Şərh     Baxış: 961
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İraq Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının Suriyadakı rəhbəri Əbu Salim əl-İraqi zərərsizləşdirilib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə rəsmi SANA agentliyi hökumətdəki mənbələrə istinadla məlumat yayıb.

Məlumatda bildirilir ki, Suriya ordusu Dəraa vilayətində xüsusi əməliyyat keçirib. Hökumət qüvvələri ilə döyüşdə yaralanan əl-İraqi son anda özünü partladıb.

Məlumatı baş ofisi Londonda yerləşən Suriyada İnsan Hüquqlarını Müşahidəsi Qrupu da təsdiqləyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.