Dünya

Qadın doqquz yaşlı əlil qızını avtobusun altına itələdi

9 Avqust 2022 12:22
0 Şərh     Baxış: 989
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyada Salexard sakini əlil arabasında oturan doqquz yaşlı qızını dayanmış avtobusun altına itələyib.

Milli.Az bildirir ki, "Yamal Media" Telegram kanalının məlumatına görə, hadisənin şahidləri rus qadının qeyri-adekvat vəziyyətdə olduğunu qeyd ediblər.

Vəziyyəti izləyən şəhər sakinləri dərhal köməyə qaçsalar da, qadın onları uşağa yaxınlaşmağa qoymayıb. Daha sonra hadisə yerinə polis və tibb işçiləri gəlib.

Xəsarət alan qız kəllə-beyin travması ilə xəstəxanaya çatdırılıb. Hazırda polis hadisənin başvermə şəraitini müəyyənləşdirməyə başlayıb. "Yamal 1" portalı xəbər verir ki, rusiyalı qadına alkoqol və narkotik sərxoşluğu testindən keçmək tapşırılıb.

Salexard Daxili İşlər İdarəsinin Yetkinlik yaşına çatmayanlarla iş şöbəsinin mütəxəssisləri də vəziyyətin araşdırılmasına qoşulub.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.