Dünya

Britaniyadan xəbərdarlıq: Ruslar “kəpənək”dən istifadə edir

9 Avqust 2022 01:31
0 Şərh     Baxış: 872

Rusiya Donbasda piyada əleyhinə "kəpənək" minalarından istifadə edir. Onlara görə həm hərbçilər, həm də yerli mülki əhali xeyli itki verə bilər.

Milli.Az axar.az-a istinadən xəbər verir ki,bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi məlumat yayıb.

"Rusiya Donetsk və Kramatorskda PFM-1 və PFM-1S piyada əleyhinə minalardan istifadə etməyə cəhd edir. Çox güman ki, Rusiyanın istifadə etdiyi bu minalar sovet dövründən qalıb. Minalar həm yerli əhali, həm də humanitar minatəmizləmə əməliyyatları üçün təhlükə yaradır", - məlumatda deyilib.

Qeyd edək ki, PFM-1-lər Sovet-Əfqan müharibəsi zamanı dağıdıcı təsir üçün istifadə olunurdu. Bu minalar Əfqanıstanda "kəpənək"ləri oyuncaq kimi qəbul edən çoxlu sayda uşağı şikəst etmişdi.

Milli.Az

13,99%-dən 40 000 AZN-dək zaminsiz, komissiyasız KREDİT
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

Global site tag (gtag.js) - Google Analytics