Dünya

Bu ölkəni dördüncü isti hava dalğası bürüyüb - FOTO

7 Avqust 2022 22:15
0 Şərh     Baxış: 1 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransada sabahdan etibarən bir həftə ərzində isti hava hökm sürəcək.

Milli.Az APA-ya istinadən bildirir ki, bəzi bölgələrdə temperaturun 40 dərəcəni keçəcəyi qeyd edilib.

Ukraynada Rusiyaya məxsus silah anbarları məhv edilib
Ölkədə üç həftədir isti hava şəraiti davam edir.

Meteroloqlar bazar ertəsindən avqustun 15-dək yeni isti hava dalğasının başlayacağını bildirilib.

Bəzi rayonlarda havanın temperaturunun 40 dərəcədən yuxarı qalxacağı proqnozlaşdırılsa da cənubda əsəcək isti küləklərin şimala doğru hərəkət edəcəyinə görə, güclü tufan xəbərdarlığı edilib.

İsti və quraq hava səbəbindən Morbian vilayətində eyni vaxtda 20 yanğın başlayıb.

Bəzi yanğınların geniş əraziyə keçməsinin qarşısı alınıb.

Hələlik yanğınların son vəziyyəti ilə bağlı rəsmi açıqlama verilməyib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.