Dünya

Zelenski Şarl Mişel ilə danışdı

7 Avqust 2022 17:42
0 Şərh     Baxış: 578
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna Prezident Volodimir Zelenski ilə Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel arasında telefon danışığı olub. Danışıq zamanı mövzularından biri də Rusiyanın Zaporojye Atom Elektrik Stansiyasını (AES) atəşə tutması olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə dövlət başçısı "Twitter" səhifəsində yazıb.

Belə ki, Zelenski Mişele cəbhədəki vəziyyət, eləcə də Rusiya ordusu tərəfindən Zaporojye AES-in atəşə tutması barədə məlumat verib.

"Rusiyanın nüvə terroru beynəlxalq ictimaiyyətdən daha qətiyyətli cavab tələb edir".

Siyasətçilər həmçinin "taxıl dəhlizi"nin işə salınması və Krım platforması sammitinə hazırlığı müzakirə ediblər.

Zelenski Avropa Şurasının prezidentindən Ukraynaya makro-maliyyə yardımı paketinin ən qısa zamanda açılmasına kömək etməyi xahiş edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.