Dünya

Avropa sanksiyaları Ermənistanın Hava Yolları Şirkətinin işini iflic etdi

7 Avqust 2022 12:12
0 Şərh     Baxış: 1 007
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa ölkələrinin bəzilərinin Rusiyaya sanksiyalarına görə bir çox icarədar aviaşirkətlər öz təyyarələrini geri çağırmağa başlayıblar ki, bu da Ermənistan üçün problemlər yaradıb.

Milli.Az report-a istinadən xəbər verir ki, Ermənistanın aviaşirkətinin direktoru Gevorq Xaçatryan bildirib ki, yerli hava yollarının bir neçə reysi təxirə salınıb, səbəb Avropa sanksiyalarıdır.

Onun sözlərinə görə, aviadaşıyıcılarda layner çatışmazlığı yaşanır ki, bu da uçuşların vaxtında təşkilinə problem yaradır və müntəzəm reyslərin gecikməsinə səbəb olur.

Xaçatryan bildirib ki, şirkətin Moskva və Hurqada planlaşdırılan reysləri məhz bu səbəbdən ləngiyib. O, yaranmış narahatlığa görə üzr istəyib, bildirib ki, sərnişinlərə bütün təzminatlar ödəniləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.