Hazırda ABŞ-ı idarə edən səriştəsiz insanlar dünyanı üçüncü dünya müharibəsinə apara bilər.
Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texasda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) bildirib.
"Bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından üçüncü dünya müharibəsi başlıya bilər" - deyə Tramp bildirib.
Trampın sözlərinə görə, "bu müharibə tarixin ən pisi olacaq, çünki bizim əvvəllər heç vaxt görülməmiş silahlarımız var".
Milli.Az