"Buna görə üçüncü dünya müharibəsi başlaya bilər"

7 Avqust 2022 11:00

Hazırda ABŞ-ı idarə edən səriştəsiz insanlar dünyanı üçüncü dünya müharibəsinə apara bilər.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu fikri ABŞ-ın keçmiş prezidenti Donald Tramp Texasda keçirilən Mühafizəkar Siyasi Fəaliyyət Konfransında (CPAC) bildirib.

"Bizə rəhbərlik edən səriştəsiz insanların ucbatından üçüncü dünya müharibəsi başlıya bilər" - deyə Tramp bildirib.

Trampın sözlərinə görə, "bu müharibə tarixin ən pisi olacaq, çünki bizim əvvəllər heç vaxt görülməmiş silahlarımız var".

Milli.Az