Dünya

ABŞ inad edir: Pelosi sabah Tayvana səfər edəcək

1 Avqust 2022 21:22
0 Şərh     Baxış: 729
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi avqustun 2-i Tayvanın paytaxtı Taybeyə uçacaq.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "ETtoday" məlumat yayıb.

Məlumata əsasən, Pelosi 20 nəfərlik nümayəndə heyəti ilə yerli vaxtla təxminən saat 22:30-da Sunşan hava limanına enəcək. Avqustun 3-də isə o, Tayvan parlamentinə baş çəkərək administrasiya rəhbəri Çay İnven də daxil olmaqla, adanın rəhbərliyi ilə görüşəcək.

Görüş başa çatdıqdan sonra günorta saatlarında Pelosinin adanı tərk edəcəyi gözlənilir.

Qeyd edək ki, daha öncə yayılan məlumatda Pelosinin Tayvana səfər edəcəyi bildirilsə də, sonradan səfərdən imtina etdiyi barədə məlumat yayılıb.

Pelosinin səfəri istəyinə Çin kəskin reaksiya verib və Tayvan yaxınlığında irimiqyaslı təlimlərə başlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.