Dünya

Ferdinand övladını itirdi

30 İyul 2022 08:12
0 Şərh     Baxış: 459
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq futbolçusu Rio Ferdinand və həyat yoldaşı Keyt Ferdinand doğulmamış övladlarını itiriblər.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Keyt öz sosial şəbəkə hesablarında paylaşım edib.

"12 həftəlik hamiləlikdən sonra müayinədə körpəmizin ürək döyüntüləri yox idi və əməliyyat edilməli oldum. Ailənin tezliklə böyüməsi üçün planlar quruduq, amma indi ürəyimiz sındı. Dəstəyinizə görə hamınıza təşəkkür edirəm" - Keyt qeyd edib.

Qeyd edək ki, Ferdinand 2002-2014-cü illərdə "qırmızı şeytanlar"da oynayıb. 43 yaşlı keçmiş mərkəz müdafiəçisi 1997-2011-ci illərdə İngiltərə millisini formasını geyinib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.

ILK-10 Azeri Website Directory