Dünya

İranın polkovnik-leytenantı öldürüldü - FOTO

26 İyul 2022 12:00
0 Şərh     Baxış: 1 226
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İranın Kirman əyalətində polislə yaraqlılar arasında baş verən atışma nəticəsində polkovnik-leytenant Əli Bərzqərpur öldürülüb.

Milli.Az report-a istinadən xəbər verir ki, hadisə iyulun 25-dən 26-na gecə qeydə alınıb.

Ə.Bərzqərpur Kirman polisinin əməkdaşı olub.

Atışma nəticəsində narkotik ticarəti ilə məşğul olan qrupun 6 üzvü zərərsizləşdirilib. Hadisə yerində 697 kq narkotik maddə aşkarlanıb.

Qeyd edək ki, son həftələrdə İran ərazisində yüksəkrütbəli hərbçilərin məlum və naməlum səbəblərdən öldüyünə dair məlumatlar yayılır.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.