Dünya

İspaniyada isti havalardan ölənlərin sayı 600-ü keçdi

21 İyul 2022 07:55
0 Şərh     Baxış: 852
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İspaniyada anomal istilər səbəbindən 600-dən artıq insan ölüb.

Bu barədə "Sinhua" agentliyi III Karlos adına Sağlamlıq İnstituna istinadən məlumat yayıb.

Məlumata əsasən, 10-20 iyul tarixləri ərzində ölkədə anomal istilər 679 nəfərin ölümünə səbəb olub. Ölənlərdən 430 nəfərinin yaşı 85-dən yuxarı, 159 nəfərinin yaşı 75-84, 58 nəfərinin yaşı isə 65-74 aralığında olub.

İspaniya Dövlət Meteorologiya İdarəsi əksər bölgələrdə hava xəbərdarlığının səviyyəsini "sarı" (təhlükə) və "narıncı" (yüksək təhlükə) səviyyəsinə qaldırıb. Bəzi əyalətlərdə xəbərdarlıq səviyyəsi ən yüksək həddə - "qırmızıya" (həddindən artıq təhlükə) qaldırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.