Dünya

"Ukraynaya kömək etmək üçün silah tükənir"

20 İyul 2022 08:45
0 Şərh     Baxış: 908
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniya Bundesverinin (Almaniya Silahlı Qüvvələri) Ukraynaya hərbi yardım göstərmək üçün resursları tükənmək üzrədir.

Milli.Az "report"a istinadən bildirir ki, bunu Almaniyanın müdafiə naziri Kristin Lambrext Mülhaym şəhərində Fransa-Almaniya briqadasına səfəri zamanı deyib.

"Bizim Bundesverdən silah ötürmək üçün imkanlarımız azdır, mən bunu açıq deyirəm və həmkarım, Ukraynanın müdafiə naziri Aleksey Reznikov da xəbərdardır. Bütün hallarda Berlin Rusiyaya qarşı mübarizədə Kiyevi dəstəkləməkdə davam etmək niyyətindədir", - o deyib.

Bu kontekstdə Lambrext xatırladıb ki, Almaniya artıq "Panzerhaubitzen 2000" özüyeriyən haubitsalarının bir hissəsini Kiyevə çatdırıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.