Dünya

Gürcüstanda azərbaycanlı gənc anasını bıçaqlayıb, daha bir nəfəri qətlə yetirib

19 İyul 2022 13:52
0 Şərh     Baxış: 1 367
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tbilisinin azərbaycanlılar yaşayan Poniçala (Soğanlıq) qəsəbəsində ötən gün axşam saatlarında qətl törədilib.

Milli.Az "Report"a istinadən xəbər verir ki, 22 yaşlı gənc küçədə anasını bıçaqlayıb, onun yanında olan 54 yaşlı kişini ürək və boğaz nahiyələrindən ölümcül yaralayıb.

Qadın xəstəxanaya çatdırılıb, vəziyyəti ağır kimi qiymətləndirilir.

Hadisəni törədən şəxsin kimliyi müəyyən edilib. Onun saxlanılması istiqamətində müvafiq tədbirlər həyata keçirilir.

Qanlı insidentin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Faktla bağlı qəsdən adam öldürmə və ağırlaşdırıcı şəraitdə qəsdən adam öldürməyə cəhd maddələri üzrə istintaq aparılır.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.