Dünya

Rusiya və İran yeni dövlətlərarası saziş hazırlayır

19 İyul 2022 08:30
0 Şərh     Baxış: 512
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Rusiya İranla ikitərəfli münasibətləri yeni səviyyəyə - strateji tərəfdaşlıq səviyyəsinə çıxarmağı planlaşdırır".

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

Onun sözlərinə görə, Rusiya Prezidenti Vladimir Putin iranlı həmkarı İbrahim Rəisi ilə yeni dövlətlərarası saziş imzalamağa hazırlaşırlar: "Bunu iyulun 19-da Tehranda keçiriləcək görüşdə müzakirə edəcəklər".

Qeyd edək ki, iyulun 19-da Rusiya Prezidenti Vladimir Putin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti İbrahim Rəisi ilə görüşmək üçün İrana səfər edəcək. Həmçinin Rusiya lideri İranın Ali lideri Əli Xamenei ilə də görüşməyi planlaşdırır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.