Rusiyanın Tula vilayətində 63 yaşlı yerli sakin sahibsiz itlərə atəş açarkən 11 yaşlı uşağı yaralayıb.
Milli.Az bildirir ki, bu barədə Rusiya İstintaq Komitəsinin regional idarəsinin mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 12-də axşam saatlarında Kommunarov kəndindən bir nəfər ov tüfəngindən sahibsiz itlərə atəş açıb. O, oğlanın peyda olmasına fikir verməyib və ona atəş açıb, yüngül xəsarətlər yetirib. Uşaq xəstəxanaya aparılıb.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb. Həmin şəxsə qarşı Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin 20.13-cü maddəsi ("Bunun üçün nəzərdə tutulmayan yerlərdə silahdan atəş açma") ilə inzibati protokol tərtib edilib.
İrfan Vəliyev
Milli.Az