Dünya

"Starlink" Gürcüstanda peyk interneti üçün icazə alıb

14 İyul 2022 21:44
0 Şərh     Baxış: 1 863
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Gürcüstanın Kommunikasiyalar üzrə Komissiyası "Starlink" şirkətinə qlobal peyk internetinin ölkədə işə salınması üçün icazə verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə komissiyanın mətbuat xidməti bildirib.

Qeyd olunur ki, İlon Maskın təsis etdiyi "SpaceX" şirkətinə məxsus "Starlink" ölkə ərazisində fəaliyyətə icazə almaq üçün iyulun 8-də müraciət etmişdi. Yaxın zamanlarda qlobal sistemin Gürcüstantda fəaliyyətə başlayacağı gözlənilir.

Qeyd edək ki, hazırda "Starlink" 32 ölkədə yüksəksürətli internetə çıxışı təmin edir, Yerin orbitində 2 500-dən çox "Starlink" peyki fəaliyyət göstərir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.