Dünya

Avrokomissar: "Rusiya vətəndaşlarının Aİ-də 13,8 milyard avro vəsaiti dondurulub"

14 İyul 2022 09:15
Baxış: 922
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya vətəndaşlarının Avropa İttifaqında dondurulmuş 13,8 milyon avro vəsaitinin 12 milyonu cəmi 5 ölkədə yerləşir.

Milli.Az APA-ya istinadən bildirir ki, bunu Avropa İttifaqının ədliyyə komissarı Didye Reynders Praqada keçirilən konfransda bildirib.

Komissar konkret ad çəkməsə də, Almaniyanın ədliyyə naziri ölkəsində rus iş adamlarına məxsus 4,8 milyard avronun dondurulduğu barədə məlumat verib.

"Biz digər ölkələri də oxşar addım atmağa təşviq etməliyik" - deyə Reynders bildirib.

İyun ayının sonuna olan məlumata görə, Qərb ölkələri rus iş adamlarına məxsus 30 milyard dolları və Rusiya Mərkəzi Bankının 300 milyard dollarını dondurub. Əməliyyatı Avropa Komissiyası, ABŞ, Kanada, Avstraliya, Yaponiya və Birləşmiş Krallıq birgə həyata keçirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.