Dünya

Bir butulka spirtli içkini iki dəqiqə ərzində içib və ölüb

14 İyul 2022 12:45
0 Şərh     Baxış: 1 506
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Cənubi Afrikada bir kişi pul müqabilində bir butulka "Jaegermeister" spirtli içkisini iki dəqiqə ərzində içib və ölüb.

Milli.Az bildirir ki, bu barədə "Sowetan Live" yazır.

Mərhum spirtli içkilərin satışı məntəqələrindən birində baş tutan yarışda iştirak edib. Şərtlərə görə, müəyyən vaxt ərzində bir butulka içkini içə bilən şəxs qalib olmalı idi. Mükafat 200 Cənubi Afrika randı (12 dollar) idi.

Cənubi afrikalı cəmi iki dəqiqə ərzində "Jaegermeister"i içə bildi və sonra huşunu itirdi. Təcili xəstəxanaya çatdırılan şəxs, özünə gəlmədən dünyasını dəyişib. Polis hadisənin səbəbləri ilə bağlı araşdırmalara başlayıb.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.