Dünya

Narkokartel qurbanlarının ailələrinə 1,5 milyard dollar ödəniləcək

13 İyul 2022 13:22
0 Şərh     Baxış: 1 097
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şimali Dakota (ABŞ) məhkəməsi Mormon icmasından olan 3 qadın və 6 uşağın vəhşicəsinə öldürülməsində ittiham olunan Meksika narkokartelinin qurbanlarının ailələrinə 1,5 milyard dollar təzminat ödəməsi barədə hökm verib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, hadisə 2019-cu ilin noyabrında Meksikada yaşanıb.

Yaraqlılardan ibarət dəstə qadın və uşaqların hərəkət etdiyi avtomobilləri atəşə tutub, sonra isə yandırıb. Maşınlarda qadınlar və uşaqlardan başqa iki uşaq atası da olub. Onlar qaça biliblər. Qurbanların ailə üzvləri, o cümlədən sağ qalan iki kişi Şimali Dakotada yaşayır və neft sənayesində işləyirlər.

Həlak olanların ailələrinin sözlərinə görə, hücum ictimai tənqidlərə və insanların kartelə etirazına görə qisas xarakteri daşıyıb.

Hadisədən sonra Meksika rəsmiləri 17 şübhəlini həbs edib. Onlardan birinin amansız hücumun təşkilatçısı olduğu sübuta yetirilib. Qurbanların ailə üzvləri onu yaxınlarının ölümündə günahlandıraraq Xuares kartelinə qarşı iddia qaldırıblar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.