Dünya

Zabitdən şok: S-300 "Bayraqdar"ı vurdu, sonra isə...

10 İyul 2022 16:52
0 Şərh     Baxış: 1 564
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ukrayna müdafiəçiləri "Bayraqdar TB2"-nin keyfiyyətinə və onun zərbəni necə "əldə saxlama"sına heyran olublar.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna ordusununn yüksək rütbəli zabiti "Tayms" nəşrinə açıqlamasında deyib.

O bildirib ki, PUA-nın bütün uçuş sistemi kopyalanıb və bu səbəbdən hətta ciddi zərbə görsə də, geri qayıda bilir.

Zabitin sözlərinə görə, bir dəfə Rusiyanın S-300 sistemi Zaporojye AES yaxınlığında "Bayraqdar"ı aşkar edib:

"Mən raket buraxılışını, yaxınlıqda partlayışı gördüm və əlaqəni itirdim. Çox təəssüfləndik, dronu itirdiyimizi düşündük. Lakin bir neçə saatdan sonra PUA möcüzə nəticəsində qayıtdı və aerodroma qəza enişi etdi. O, zədələnmişdi, lakin "yaşadı". Sonradan PUA-nı təmir etdik və daha yaxşı iş görməyə başladı.

Həmçinin "Bayraqdar"ın "hava-hava" raketi ilə Rusiya təyyarəsini vurması hadisəsi məlumdur. PUA uçmağa davam etdi, operator əlaqəni kəsməyə məcbur oldu. Buna baxmayaraq, aparat ciddi zədələnmə ilə də olsa qayıda bilmişdi".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.