Dünya

Qərb daha iki ölkəni "ağuşu"na alır

10 İyul 2022 16:30
0 Şərh     Baxış: 1 227
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyanın Ukraynaya qarşı ədalətsiz hərbi müdaxiləsinin olduğu bir vaxtda Albaniya və Şimali Makedoniyanın Avropa Birliyinə üzvlük yolunda irəliləməsi bütün Avropa qitəsinin həmrəylik və möhkəmliyinin gücləndirilməsinin açarıdır.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Entoni Blinken və AB-nin baş diplomatı Jozep Borrellin birgə açıqlamasında bildirilib.

"Hər iki ölkənin ümumi dəyərlərini nəzərə alsaq, AB-yə üzvlük istiqamətində növbəti addımı atmağa hazır olduqlarını söyləmək olar. Eyni zamanda, Albaniya və Şimali Makedoniya arasında azlıqların hüquqları və rəsmi dillə bağlı fikir ayrılığına qarşı atılan irəliləyişləri də müsbət qarşılayırıq. ABŞ və AB Qərbi Balkan ölkələri ilə daha yaxından əməkdaşlıq etməkdə qətiyyətlidir. Biz həm Şimali Makedoniyanın, həm də Albaniyanın maraqlarını və narahatlıqlarını nəzərə alan, qarşılıqlı hörmət, etimad və anlaşmaya əsaslanan kompromis təklifini alqışlayırıq. Şimali Makedoniya parlamentinin suveren qərarı irəliləyiş üçün əhəmiyyətli olacaq", - açıqlamada bildirilib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.