Dünya

ABŞ-ın birinci xanımının paylaşımına şərh yazan general işindən uzaqlaşdırılıb

10 İyul 2022 12:52
0 Şərh     Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ-ın istefada olan generalı Qari Voleski ABŞ-ın birinci xanımı Cil Baydenin tviterdəki paylaşımına istehzalı şərh yazdığına görə hərbi komandanlıqdakı işindən uzaqlaşdırılıb.

Milli.Az "Report"a istinadən xəbər verir ki, bu barədə bu barədə "USA Today" məlumat yayıb.

Prezidentin xanımı öz postunda ölkənin Ali Məhkəməsinin amerikalı qadınları abort hüququ ilə bağlı konstitusiya təminatından məhrum edən qərarını tənqid edib.

İraqda döyüşmüş Voleski şərhlərdə "Nəhayət qadının nə olduğunu başa düşdüyünüzə görə çox şadam" yazıb. Bundan sonra ABŞ ordusu onun davranışı ilə bağlı araşdırmaya başlayıb.

ABŞ Ordusunun sözçüsü Sintiya Smit bildirib ki, Voleski araşdırma aparılan müddət vəzifəsini yerinə yetirməyəcək. Təqaüddə olan general-leytenant orduda müxtəlif məsələlərdə məsləhətlər verib və saatda 92 dollar alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.