Dünya

Pakistanda güclü yağışlar: 76 ölü

9 İyul 2022 23:46
0 Şərh     Baxış: 706
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Pakistanın müxtəlif əyalətlərində yağan güclü yağışlar nəticəsində ölənlərin sayı 76-ya çatıb.

Milli.Az "Report"a istinadən bildirir ki, iyulun 5-də Pakistanın əksər bölgələrinə yağan güclü yağışlar sakinlərin həyatına mənfi təsir göstərib.

Kəraçidə aramsız yağan leysan nəticəsində ölənlərin sayı 14-ə çatıb. 3 nəfər elektrik cərəyanı vurması, daha 3 nəfər isə tavanın uçması nəticəsində ölüb. Şəhərin bir çox yerlərində yollar, yaşayış binaları və müəssisələr su altında qalıb.

Güclü leysan Pakistanın paytaxtı və Ravalpindi şəhərində də baş verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.