Dünya

Şri-Lankada etirazçılar Baş nazirin iqamətgahını yandırıb

9 İyul 2022 20:42
0 Şərh     Baxış: 744
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Şri-Lankada etirazçılar Baş nazirin paytaxt Kolombodakı iqamətgahını yandırıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, iğtişaşlara görə prezident və baş nazir təhlükəsiz zonaya köçürülüblər. Onların harada olduğu məlum deyil. Baş nazir Ranil Vikramasinqxe günorta saatlarında siyasi partiya liderləri ilə telekonfrans yolu ilə görüşüb.

Səhər saatlarından küçələrə çıxan etirazçılarla polis arasında baş verən toqquşmalarda 30-dan çox adam xəsarət alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.