Dünya

Rusiyada yanacaqdoldurma məntəqəsində partlayış - ölənlər var

9 İyul 2022 19:59
0 Şərh     Baxış: 756
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Rusiyanın Ulyanovsk vilayətinin Kuzovatovski rayonunda yanacaqdoldurma məntəqəsində partlayış olub.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar Nazirliyinin regional idarəsi məlumat yayıb .

Yanğın partlayışla müşayiət olunub.

Regionun qubernatoru Aleksey Russkix Telegram kanalında bildirib ki, hadisə nəticəsində beş nəfər yaralanıb .

"İlkin məlumata görə, 5 nəfər xəsarət alıb. Üç nəfər Kuzovatovskaya Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib, iki nəfər xəstəxanaya yerləşdirilməkdən imtina edib", - deyə rayon rəhbəri yazıb və bildirib ki, "iki xəstənin vəziyyəti ağır, digərinin isə orta-ağır qiymətləndirilir.

Hadisə nəticəsində azı 2 nəfər ölüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.