Dünya

"Biz Ukraynanı dəstəkləyirik, lakin..."

8 İyul 2022 07:52
0 Şərh     Baxış: 932
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Almaniyanın Xristian-demokrat İttifaqı və Xristian-sosialist İttifaqı fraksiyalarının Ukraynaya təcili şəkildə 200 ədəd "Fuchs" zirehli transportyorları vermək təklifi parlamentdə qəbul edilməyib.

Milli.Az APA-ya istinadən bildirir ki, Bundestaq üzvlərinin əksəriyyəti layihəyə qarşı çıxıb. Bir neçə saat əvvəl başa çatmış müzakirələrdə müdafiə naziri Kristine Lambrext də təklifi pisləyib.

"Biz öz məsuliyyətimiz çərçivəsində Ukraynanı dəstəkləyirik. Lakin biz Almaniyanın da müdafiə qabilityyətini təmin etməliyik" - deyə nazir qeyd edib.

Apreldə isə nazir "Gepard" zenit qurğularının Ukraynaya göndərilməsinə razılıq vermişdi. 15 zenit qurğusu və 60 000 ədəd mərmi yaxın həftələrdə Ukraynaya çatdırılacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.