Dünya

İlon Maskın gizli saxladığı əkizləri var

7 İyul 2022 14:22
0 Şərh     Baxış: 1 053
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"SpaceX" və "Tesla" şirkətlərinin qurucusu İlon Maskın ötən il dünyaya gələn əkiz övladlarının olduğu ortaya çıxıb.

Milli.Az axsam.az-a istinadən xəbər verir ki, bu barədə məhkəmə sənədlərinə istinadən "Business Insider" məlumat yayıb. Maskın "Neuralink"in direktoru Şivon Zilisdən olan əkizləri 2021-ci ilin noyabrında Texasda anadan olublar. 

Bildirilib ki, milyarder əkizlərini övlad kimi qəbul edib. Bundan başqa, bu ilin yazında Maskla Zilisin uşaqlarının adlarının dəyişdirilməsi ilə bağlı vəsatət qaldırıblar. Onların əkizlərə ata və ana soyadlarını vermək istədiyi ortaya çıxıb.

Mask özü əkizləri ilə bağlı hələlik rəsmi açıqlama verməyib.

Qeyd edək ki, əkizlərdən başqa Maskın daha yeddi övladı var. İlonun keçmiş həyat yoldaşı Castin Uilsondan ümumilikdə beş ortaq övladı var. Bundan başqa İlonun müğənni Qraymsdan da iki övladı var: oğlu X Æ A-Xii və qızı Exa Dark Siderel Mask. Hazırda o, avstraliyalı aktrisa Nataşa Bassettlə münasibətdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.