Dünya

Ukrayna Luqansk vilayətində yalnız 2 yaşayış məntəqəsinə nəzarət edir

6 İyul 2022 13:30
0 Şərh     Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiya Ukraynanın Luqansk vilayətini demək olar tam ələ keçirib.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Luqansk vilayətinin hərbi administrasiyasının rəhbəri Sergey Hayday keçirdiyi brifinqdə bildirib.

O qeyd edib ki, iki yaşayış məntəqəsində döyüşlər hələ də davam edir, bu baxımdan Rusiyanın hələ də Luqanskın administrativ sərhədlərinə tam çıxdığını demək olmaz. "Onlar hələ də rayonun tam ələ keçirilməsinə çalışırlar, fasiləsiz atəş açırlar, onlar ağır itkilər veriblər və artıq nə qədər adam itirdiklərini saymırlar", - deyə Hayday bildirib.

O əlavə edib ki, hazırda Luqanskdakı mülki əhalinin təxliyəsi üçün yeganə yol onların Rusiyaya, oradan isə digər ölkələrə keçməsindədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.