Dünya

Meksika prezidenti ABŞ-dakı Azadlıq heykəlini sökməyi təklif etdi

5 İyul 2022 16:22
0 Şərh     Baxış: 701
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ məhkəməsi jurnalist Culian Assancı təqsirli hesab edərsə, Azadlıq Heykəlinin sökülməsinə ehtiyac yaranacaq.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu fikri bazar ertəsi mətbuat konfransında Meksika prezidenti Andres Manuel Lopez Obrador deyib.

"Əgər o, ABŞ-a gətirilib ən yüksək cəzaya, həbsxanada ölümə məhkum edilərsə, Nyu-Yorkda fransızlar tərəfindən bağışlanmış Azadlıq heykəlinin sökülməsi üçün kampaniya başlatmaq lazımdır. Çünki o, bir daha azadlıq simvolu olmayacaq", - deyə dövlət başçısı bəyan edib.

O, gələn həftə Vaşinqtonda keçiriləcək danışıqlarda amerikalı həmkarı Co Baydenlə Assancla bağlı vəziyyəti müzakirə edəcəyini bir daha vurğulayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.