Dünya

Fransanın müxalifət partiyaları yeni hökumətdəki mandatlarından imtina etdilər

4 İyul 2022 20:49
0 Şərh     Baxış: 534
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Fransanın yeni hökumətinin tərkibi müxalif siyasi qüvvələrin hakim partiya ilə birlikdə işləməkdən imtina etməsi nəzərə alınaraq elan edilib.

Milli.Az "qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron yeni kabinetin ilk iclasında çıxışı zamanı bildirib.

"Baş nazir Elizabet Born mənə ötən həftəki məsləhətləşmələrin nəticələri barədə məlumat verdi. Müxalifət partiyalarının koalisiya hökumətində iştirak etmək istəyinin olmaması nəzərə alınmalıdır", - Fransa lideri qeyd edib. 

Makron vurğulayıb ki, ölkədəki siyasi vəziyyət hökumətdən iddialı və təşəbbüskar mövqe tələb edir:

"Ölkəmizə islahatlara, transformasiyalara, eləcə də çətin güzəştlərə getmək üçün məsuliyyət lazımdır. Fransa üçün "əsl müstəqillik" qurmaq üçün xüsusilə ekologiya və demoqrafiya sahəsində dərin dəyişikliklər etmək lazım gələcək".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.