Dünya

Keçmiş həyat yoldaşını və qızını öldürdüyünə görə 16 il həbsdə yatacaq

4 İyul 2022 21:04
0 Şərh     Baxış: 765
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Rusiyada Orenburq vilayət məhkəməsi 59 yaşlı yerli sakini keçmiş həyat yoldaşı və qızını qətlə yetirməkdə təqsirli bilinərək 16,5 il müddətinə azadlıqdan məhrum edib.

Milli.Az bildirir ki, bu barədə vilayət prokurorluğunun mətbuat xidmətindən məlumat verilib.

İkiqat qətlə görə həmin şəxs cəzasını ciddi rejimli koloniyada çəkəcək.

2021-ci il noyabrın 23-də Orenburqda evdə kişi ilə keçmiş arvadı arasında dava düşüb. Münaqişə zamanı o, qadına və qızına ölümcül xəsarətlər yetirib. Onların cəsədləri daha sonra tapılıb. Ölənlərin 58 və 22 yaşı var idi.

İrfan Vəliyev
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.